az en
News / AFFA-nın növbədənkənar Konfransı (fotoreportaj)

AFFA-nın növbədənkənar Konfransı (fotoreportaj)

AFFA Dərc olundu: 08.01.2020 Çap
Bu gün “Bulvar oteldə” AFFA-nın növbədənkənar Konfransı keçirilib.
AFFA-nın növbədənkənar Konfransı (fotoreportaj)
AFFA-nın prezidenti Rövnəq Abdullayevin salamlama nitqindən sonra söz baş katib Elxan Məmmədova verilib. Baş katib Konfransda yetərsayın olduğunu və Konfransın qərar qəbul etmək səlahiyyətinə malik olduğunu bildirib. Gündəlikdə olan “AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflər”  barədə ətraflı məlumat vermək üçün AFFA-nın Hüquq şöbəsinin rəhbəri Günay Zamanlıya söz verilib. Nizamnaməyə əlavə və dəyişikliklərlə əlaqədar çıxış başa çatdıqdan sonra AFFA-nın İcraiyyə Komitəsinin üzvü Firudin Qurbanov məsələ ilə bağlı təkliflərini səsləndirib. Digər təklif və sual olmadığı üçün məsələ səsə qoyulub və AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklər yekdilliklə qəbul olunub.
Növbədənkənar Konfrans başa çatdıqdan sonra AFFA İcraiyyə Komitəsinin iclası, ardınca isə baş katib Elxan Məmmədov və AFFA-nın Hüquq şöbəsinin rəhbəri Günay Zamanlının iştirakı ilə mətbuat konfransı keçirilib.
 
Baş Sponsor 
Partnyorlar