az en
News / AFFA-nın prezidenti milli komanda ilə görüşüb (fotolar)

AFFA-nın prezidenti milli komanda ilə görüşüb (fotolar)

AFFA Dərc olundu: 20.03.2021 Çap
Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayev "Dalğa Arena"da  Azərbaycan  milli komandasının heyəti ilə görüşüb.
AFFA-nın prezidenti milli komanda ilə görüşüb (fotolar)
Təlim-məşq toplanışının Novruz bayramı günlərində keçirildiyini qeyd edən AFFA-nın prezidenti ilk növbədə komanda üzvlərini xalqımızın əziz bayramı münasibətilə təbrik edib. R.Abdullayev dünya çempionatının seçmə mərhələsi ərəfəsində millimizə uğurlar arzulayıb.
Millimizin baş məşqçisi Canni De Byazi toplanışın gedişi barədə qısa məlumat verib, xoş sözlərə görə AFFA prezidentinə komanda adından təşəkkür edib.
 
Baş Sponsor 
Partnyorlar