az en
News / AFFA-nın təşəbbüsü ilə qanvermə aksiyası keçirilib (fotoreportaj)

AFFA-nın təşəbbüsü ilə qanvermə aksiyası keçirilib (fotoreportaj)

AFFA Dərc olundu: 21.05.2020 Çap
Bu gün AFFA-nın təşəbbüsü və Azərbaycan Talassemiya Federasiyasının birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib. 
AFFA-nın təşəbbüsü ilə qanvermə aksiyası keçirilib (fotoreportaj)
AFFA-nın Futbol akademiyasında təşkil olunmuş aksiyada AFFA-nın, Peşəkar Futbol Liqasının, Premyer Liqa klublarının, futbol ictimaiyyətinin nümayəndələri iştirak edib. "Biz birlikdə güclüyük" devizi altında keçirilən qanvermə aksiyasının təşkilində əsas məqsəd koronavirus pandemiyası dövründə talassemiyalı xəstələrin qan çatışmazlığı ilə üzləşməməsi və cəmiyyətin diqqətinin onlara yönəldilməsidir.
 
Baş Sponsor 
Partnyorlar