02.04.2025-ci il tarixində Azərbaycan Kubokunda ½ finalın “Neftçi” – “Sabah” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” klubu 1500 manat cərimə edilsin (maddə 52.2);
02.04.2025-ci il tarixində Azərbaycan Kubokunda ½ finalın “Neftçi” – “Sabah” oyununun 90+3-cü dəqiqəsində “Sabah” klubunun məşqçisi Aleksey Antonyuk hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun şərti olmaqla 5 oyun cəzalansın, “Sabah” klubu 4000 manat cərimə edilsin. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 43.4, 32);
01.04.2025-ci il tarixində II Liqada XIX turun “Hypers Guba” – “Ağdaş” oyununda “Hypers Guba” klubunun 5 futbolçusu sarı vərəqə aldığı üçün “Hypers Guba” komandası 70 manat cərimə edilsin (maddə 37);
01.04.2025-ci il tarixində II Liqada XIX turun “Hypers Guba” – “Ağdaş” oyununun 89-cu dəqiqəsində “Hypers Guba” klubunun 25 nömrəli futbolçusu Baxşəli Baxşəliyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Hypers Guba” komandası 150 manat cərimə edilsin (maddə 39.1);
01.04.2025-ci il tarixində II Liqada XIX turun “Hypers Guba” – “Ağdaş” oyununun 90+4-cü dəqiqəsində “Hypers Guba” klubunun 6 nömrəli futbolçusu Xaqan Məmmədov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Hypers Guba” komandası 50 manat cərimə edilsin (maddə 36.5);
01.04.2025-ci il tarixində II Liqada XIX turun “Hypers Guba” – “Ağdaş” oyunu bitdikdən sonra “Hypers Guba” klubunun prezidenti Ayaz Abdullayev hakimi təhqir etdiyinə görə 3 oyun şərti olmaqla 5 oyun cəzalansın, “Hypers Guba” komandası 400 manat cərimə edilsin. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 43.4, 32);
01.04.2025-ci il tarixində II Liqada XIX turun “Hypers Guba” – “Ağdaş” oyunu bitdikdən sonra “Hypers Guba” klubunun məşqçisi Rəsul Babazadə meydana daxil olaraq hakimi təhdid etdiyinə görə 2 oyun cəzalansın, “Hypers Guba” komandası 100 manat cərimə edilsin (maddə 44.5);
01.04.2025-ci il tarixində II Liqada XIX turun “Hypers Guba” – “Ağdaş” oyununda meydançaya kənar şəxslər daxil olduğuna görə “Hypers Guba” komandası 80 manat cərimə edilsin (maddə 51.2);
01.04.2025-ci il tarixində II Liqada XIX turun “Sheki City” – “Şahdağ Qusar” oyununun 55-ci dəqiqəsində “Sheki City” klubunun azarkeşləri tərəfindən rəqib futbolçulara kənar əşyalar atıldığına görə “Sheki City” komandası 80 manat cərimə edilsin (maddə 52.1);
01.04.2025-ci il tarixində II Liqada XIX turun “Sheki City” – “Şahdağ Qusar” oyununda “Sheki City” klubunun azarkeşləri tərəfindən rəqib futbolçuların ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Sheki City” komandası 50 manat cərimə edilsin (maddə 43.7);
01.04.2025-ci il tarixində II Liqada XIX turun “Sheki City” – “Şahdağ Qusar” oyunu bitdikdən sonra “Sheki City” klubu təhlükəsizliyi düzgün təmin etmədiyinə görə “Sheki City” komandası 400 manat cərimə edilsin. “Sheki City” komandasının növbəti ev oyunu azarkeşsiz keçirilsin (maddə 51.1, 1);
01.04.2025-ci il tarixində II Liqada XIX turun “Şəmkir” – “Qusar” oyunu “Qusar” klubunun formasında qüsurlar olması səbəbindən gec başladığına görə “Qusar” komandası 80 manat cərimə edilsin (maddə 75.6);
01.04.2025-ci il tarixində II Liqada XIX turun “Şəmkir” – “Qusar” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Şəmkir” komandası 50 manat cərimə edilsin (maddə 70.1);
01.04.2025-ci il tarixində II Liqada XIX turun “Şəmkir” – “Qusar” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şəmkir” komandası 80 manat cərimə edilsin (maddə 51.2);
02.04.2025-ci il tarixində II Liqada XIX turun “Şimal” – “Kür-Araz” oyununda “Kür-Araz” klubunun 5 futbolçusu sarı vərəqə aldığı üçün “Kür-Araz” komandası 70 manat cərimə edilsin (maddə 37);
02.04.2025-ci il tarixində II Liqada XIX turun “Araz Saatlı” – “Dinamo” oyununun matçöncəsi iclasında “Dinamo” komandasının nümayəndəsi iştirak etmədiyinə görə “Dinamo” komandası 80 manat cərimə edilsin (maddə 73.1);
02.04.2025-ci il tarixində II Liqada XIX turun “Füzuli” – “Göygöl” oyununda Əsasnamənin tələbi pozulduğuna görə “Füzuli” komandası 50 manat cərimə edilsin (maddə 70.1);
29 mart 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Ərgünəş(Füzuli)-Hacıqabul oyununda Hacıqabul komandasının heyətində N20 futbolçu Mirfayıl Ağazadə qarşılaşmanın 63-cü dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalansın (maddə 41);
29 mart 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Ərgünəş(Füzuli)-Hacıqabul oyunu bitdikdən sonra Hacıqabul komandasının heyətində N8 futbolçu Musa Abdullayev hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalansın (maddə 43.3);.
29 mart 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Cəngi FK-Xanlıq oyununda Xanlıq komandasının heyətində N16 futbolçu Elşad Hacıyevin qarşılaşmanın 32-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalansın (maddə 40.3);
29 mart 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Mil FK-Lokomotiv İmişli oyununda Lokomotiv İmişli komandasının heyətində N11 futbolçu Hüseyn Əliyevin qarşılaşmanın 90+1-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalansın (maddə 40.3);
29 mart 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Biləsuvar FK-Masallı PFK oyununda Masallı PFK komandasının heyətində N6 futbolçu Elmin Kazımov qarşılaşmanın 83-cü dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalansın (maddə 41);
29 mart 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Biləsuvar FK-Masallı PFK oyununda oyun ərzində diktor təyinatdan kənar çağırışlar etdiyinə görə Biləsuvar FK komandasına xəbərdarlıq edilsin (maddə 11);
30 mart 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Salyan OİK-Neftçala oyunu bitdikdən sonra azarkeşlər kütləvi şəkildə meydana daxil olduğuna, təhlükəsizlik tam təmin edilmədiyinə görə Salyan OİK komandasının növbəti ev oyunu azarkeşsiz keçirilsin (maddə 1);
27 mart 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən Kəpəz PFK-Turan Tovuz FK oyununda Turan Tovuz FK komandasının heyətində N11 futbolçu Rəvan Əliyev qarşılaşmanın 77-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalansın (maddə 36.5).
29 mart 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən Araz Naxçıvan PFK-Qarabağ FK oyununda Qarabağ FK komandasının heyətində N18 futbolçu Ahmet Levent Gülenç qarşılaşmanın 88-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalansın (maddə 36.5).
29 mart 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən Neftçi PFK-Masallı PFK oyununda Neftçi PFK komandasının heyətində N3 futbolçu Fərid Kərimli qarşılaşmanın 23-cü dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalansın (maddə 40.3);
29 mart 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən Neftçi PFK-Masallı PFK qarşılaşmanın 23-cü dəqiqəsində Masallı PFK komandasının heyətində N44 futbolçu İslam Şahgəldiyev təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalansın (maddə 40.3);
30 mart 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən Dinamo (Bakı)-Kəpəz PFK oyununda Kəpəz PFK komandasının heyətində N91 futbolçu Əli Nəcəfov qarşılaşmanın 57-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalansın (maddə 36.5).
28 mart 2025-ci il tarixində AFFA U-16 Liqasında keçirilən Dinamo (Bakı)-Asta FK oyununda Dinamo (Bakı) komandasının heyətində N2 futbolçu Harun Pirməmmədli qarşılaşmanın 75-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalansın (maddə 36.5).
28 mart 2025-ci il tarixində AFFA U-16 Liqasında keçirilən Dinamo(Bakı)-Asta FK oyununun 75-ci dəqiqəsində Asta FK komandasının heyətində N2 futbolçu Çingiz Rəsulzadə qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalansın (maddə 36.5).
29 mart 2025-ci il tarixində AFFA U-16 Liqasında keçirilən Turan Tovuz FK-Lion PFK oyununda Lion PFK komandasının rəsmisi Dursun Səfərov qarşılaşmanın 75-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalansın (maddə 36.5).
27 mart 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən Neftçi PFK – Ulduz FA oyununda Ulduz FA komandasının heyətində N16 futbolçu Murad Məmmədov qarşılaşmanın 86-cı dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalansın (maddə 36.5).
27 mart 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən Neftçi PFK – Ulduz FA oyununda Qarşılaşmanın 66-cı dəqiqəsində Neftçi PFK komandasının köməkçi məşqçisi Nicat Musayev hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığına görə 5 oyun cəzalansın (maddə 43.4);
27 mart 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən Turan Tovuz FK – Qəbələ İK oyununda Turan Tovuz FK komandasının heyətində N5 futbolçu Nicat Əliyev qarşılaşmanın 77-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalansın (maddə 36.5).
30 mart 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən Sabah FK – Neftçi PFK oyununda Sabah FK komandasının heyətində N20 futbolçu Rasim Cavadov qarşılaşmanın 80-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalansın (maddə 41);
30 mart 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən European Football Academy – Səbail PFK oyununda European Football Academy komandasının heyətində N1 futbolçu Əli Yusifli qarşılaşmanın 36-cı dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalansın (maddə 41);
23 mart 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən Kəpəz PFK – Gəncə oyununda Kəpəz PFK komandasının heyətində N10 futbolçu Hüseyn Əzizov qarşılaşmanın 60+3-cü dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalansın (maddə 36.5).
29 mart 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən Zirə PFK – Modern FC oyununda Zirə PFK komandasının heyətində N17 futbolçu Valeh Hüseynli qarşılaşmanın 34-cü dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 2 oyun cəzalansın (maddə 40.3);
29 mart 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən Zirə PFK – Modern FC oyununda Qarşılaşmanın 34-cü dəqiqəsində Modern FC komandasının heyətində N96 futbolçu Cavidan Ələsgərzadə dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 2 oyun cəzalansın (maddə 40.3);
26 mart 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilməli olan Təhsil 8 İOEUGİM – Troya FC oyunu Troya FC komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Troya FC komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1);
26 mart 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilməli olan Atletico Baku FC – Zirə PFK oyunu Atletico Baku FC komandasının heyətində yetərsay olmadığına görə baş tutmadığı üçün Atletico Baku FC komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1);
22 mart 2025-ci il tarixində AFFA U-12 Liqasında keçirilən ROFM(Buzovna) – Məhəllə uşaqları (Sumqayıt) oyununda Məhəllə uşaqları (Sumqayıt) komandasının heyətində N8 futbolçu İlham Qocayev qarşılaşmanın 60-cı dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalansın (maddə 36.5).
28 mart 2025-ci il tarixində AFFA U-10 Liqasında keçirilməli olan Lokomotiv(Ucar)-Şamaxı FK oyunu Lokomotiv(Ucar) komandası təyin edilən vaxtda meydanda olmadığı üçün baş tutmadığına görə Lokomotiv(Ucar) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. Lokomotiv(Ucar) komandası 3-cü dəfədir ki, oyuna gəlmədiyinə görə yarışlardan kənarlaşdırılsın (maddə 63.1);
28 mart 2025-ci il tarixində AFFA U-10 Liqasında keçirilməli olan Çinar(Göyçay)-Kürdəmir FK oyunu Kürdəmir FK komandası təyin edilən vaxtda meydanda olmadığı üçün baş tutmadığına görə Kürdəmir FK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. Kürdəmir FK komandası 3-cü dəfədir ki, oyuna gəlmədiyinə görə yarışlardan kənarlaşdırılsın (maddə 63.1).
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.