az en
News / AFFA rəhbərliyi Ağasəlim Mircavadovu təbrik edib

AFFA rəhbərliyi Ağasəlim Mircavadovu təbrik edib

AFFA Dərc olundu: 21.10.2022 Çap
Oktyabrın 22-də Azərbaycanın əməkdar məşqçisi, “Şöhrət” ordeni laureatı, hazırda fəaliyyətini AFFA-nın Məşqçilər Komitəsinin üzvü olaraq davam etdirən Ağasəlim Mircavadovun 75 yaşı tamam olur.
 
 
AFFA rəhbərliyi Ağasəlim Mircavadovu təbrik edib
Bu münasibətlə AFFA-nın inzibati binasında baş katib Sərxan Hacıyev yubilyarla görüşüb. Baş katib AFFA rəhbərliyi adından əlamətdar yubileyi münasibətilə Ağasəlim Mircavadovu təbrik edib, ona xoş arzularını çatdırıb.  
Ağasəlim Mircavadov təbrikə və səmimi sözlərə görə AFFA rəhbərliyinə minnətdarlığını bildirib.
 
Baş Sponsor 
Partnyorlar