az en
News / AFFA tender elan edir

AFFA tender elan edir

AFFA Dərc olundu: 15.07.2019 Çap
Tovuz rayonunda, “Turan-Tovuz” klubunun nəzdində Futbol Akademiyası, təlim-məşq bazası və stadion üçün alınacaq avadanlıqlar ilə əlaqədar AFFA tender elan edir.
 
AFFA tender elan edir
Alınacaq avadanlıqların siyahısı
Təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyinin təmin olunması üçün aşağıdakı keçiddən istifadə etməklə yükləyə biləcəyiniz “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq”ini müvafiq qaydada dolduraraq AFFA-ya göndərməyiniz xahiş olunur. “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq”i təqdim olunmayacağı halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.
 
Tenderdə iştirak etmək istəyənlər təkliflərini və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq”ini 5 avqust 2019-cu il, saat 18:00-a qədər [email protected] elektron ünvanına göndərə bilər.
Əlavə suallarla bağlı [email protected] ünvanı ilə əlaqə saxlaya bilərsiniz.
Baş Sponsor 
Partnyorlar