az en
News / AFFA tender elan edir

AFFA tender elan edir

AFFA Dərc olundu: 14.02.2020 Çap
Avro-2020-nin Bakıda keçiriləcək 4 oyununda istifadə üçün tələb olunan noutbukların alınması ilə bağlı AFFA tender elan edir.
Alınacaq noutbuklarla bağlı məlumatla aşağıdakı keçiddən istifadə edərək tanış ola bilərsiniz:
 
AFFA tender elan edir
Təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyinin təmin olunması üçün aşağıdakı keçiddən istifadə etməklə yükləyə biləcəyiniz “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi”ni müvafiq qaydada dolduraraq AFFA-ya göndərməyiniz xahiş olunur. “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi" təqdim olunmayacağı halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.
Tenderdə iştirak etmək istəyənlər qiymət təklifi və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi"ni, eləcə də şirkət tərəfindən irəli sürülən tender təklifi  qalib olduğu halda, tələb edilən malların 18.03.2020-ci il tarixinədək təhvil veriləcəyinə dair zəmanət məktubunu 26.02.2020-ci il, saat 18:00-a qədər [email protected] elektron ünvanına göndərə bilər.
Əlavə suallarla bağlı [email protected] ünvanı ilə əlaqə saxlaya bilərsiniz.
 
 
Baş Sponsor 
Partnyorlar