az en
News / AFFA tender elan edir

AFFA tender elan edir

AFFA Dərc olundu: 23.09.2022 Çap
Gəncə şəhər stadionunda inşa edilən Məşq Mərkəzi və Futbol Akademiyası üçün texniki binaların və qurğuların inşası ilə bağlı AFFA tender elan edir.
 
AFFA tender elan edir
Təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyinin təmin olunması üçün keçiddən istifadə etməklə yükləyə biləcəyiniz “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi”ni müvafiq qaydada dolduraraq AFFA-ya göndərməyiniz xahiş olunur. “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi" təqdim olunmayacağı halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.
Tenderdə iştirak etmək istəyənlər qiymət təklifi və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqini, eləcə də şirkət tərəfindən irəli sürülən tender təklifinin əsli və surəti bağlı zərfdə (tender komissiyasına ünvanlamaqla) AFFA-nın inzibati binasına (Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 163) göndərə bilər.
 
Tender müddəti: 7 oktyabr 2022-ci il, saat 17:00-a qədər
Ödəniş: İşin 30%-i görüldükdən sonra 30%, 60%-i görüldükdən sonra 30% və tamamlandıqdan sonra 60 gün ərzində 40%
İşin tamamlanma tarixi: 15 yanvar 2023-cü il
 
Əlavə suallarla bağlı [email protected] ünvanı ilə əlaqə saxlaya bilərsiniz.
 
Baş Sponsor 
Partnyorlar