Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək üçün Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi media platformaları vasitəsilə ictimaiyyətə müraciəti nəzərə alınaraq, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən TFF-nin müraciətində qeyd olunmuş bank hesabına 500 000 (beş yüz min) Türkiyə lirəsi məbləğində maliyyə vəsaiti köçürülüb.