az en
News / AFFA və BFA rəhbərliyi görüşüb

AFFA və BFA rəhbərliyi görüşüb

AFFA Dərc olundu: 10.10.2019 Çap
Oktyabrın 9-da “Bəhreyn Milli Stadionu”nda Bəhreyn və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu keçirilib. Millimizin 3:2 hesabı ilə qələbə qazandığı oyundan əvvəl stadionda Bəhreyn Futbol Assosiasiyasının və AFFA-nın nümayəndələri arasında görüş keçirilib. Görüşdə AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev, İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, baş katib Elxan Məmmədov, BFA-nın vitse-prezidenti Ali Al Buainain və baş katib Ebrahim Al Buainain iştirak edib. Hər iki milli assosiasiya arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, fikir mübadiləsi aparılıb.
 
AFFA və BFA rəhbərliyi görüşüb
Baş Sponsor 
Partnyorlar