az en
News / AƏFM layihəsi Göyçayda (fotoreportaj)

AƏFM layihəsi Göyçayda (fotoreportaj)

AƏFM Dərc olundu: 24.07.2019 Çap
İyulun 23-də Göyçay rayonunda “Açıq Əyləncəli Futbol Məktəbi” layihəsi çərçivəsində idman tədbiri keçirilib.
 
AƏFM  layihəsi Göyçayda (fotoreportaj)
AFFA və  Göyçay rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Məclisin deputatı, AFFA-nın I vitse-prezidenti, Uşaq-Gənclər  Futbol  Federasiyasının prezidenti  Rauf  Əliyev, Göyçay rayonundan seçilmiş millət vəkili Sabir Hacıyev, rayon gənclər və idman idarəsinin rəisi Elşən Şirinov və layihənin kordinatoru Kərim Ağayev iştirak ediblər.
Tədbirdə çıxış edənlər bu layihənin həyata keçirilməsində məqsədin uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etmək olduğunu vurğulayıb. Daha sonra qeyd olunub ki, Azərbaycan idmanı müstəqillik illərində yüksək inkişaf yolu keçib və hal-hazırda dünyanın nüfuzlu idman ölkələrindən birinə çevrilib. Tədbirin sonunda uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb, uşaqlar isə əyləncəvi futbol nümayiş etdiriblər.
 
Baş Sponsor 
Partnyorlar