az en
News / Apellyasiya Arbitraj Tribunalının qərarı

Apellyasiya Arbitraj Tribunalının qərarı

Apellyasiya Arbitraj Tribunalı Dərc olundu: 17.03.2022 Çap
1.  “Sabah FK” klubu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin.
2. AFFA İntizam Komitəsinin 25.02.2022-ci il tarixdə Klubun futbolçusu Aleksey İsayev barəsində verdiyi 2 oyun şərti olmaqla 4 oyun kənarlaşdırma cəzası 1 oyun şərti olmaqla 2 oyunluq kənarlaşdırma cəzası ilə, Klub barəsində verdiyi 3200 manat məbləğində cərimə cəzası 1600 manat məbləğində cərimə cəzası ilə; Klubun futbolçusu Səlahət Ağayev barəsində verdiyi 3 oyun şərti olmaqla 6 oyunluq kənarlaşdırma cəzası 2 oyun şərti olmaqla 4 oyunluq kənarlaşdırma cəzası ilə, Kluba verilən 4800 manat məbləğində cərimə cəzası isə 3200 manat məbləğində cərimə cəzası ilə; Klubun futbolçusu Zurab Oçiqava barəsində verdiyi 3 oyun şərti olmaqla 6 oyunluq kənarlaşdırma cəzası 2 oyun şərti olmaqla 4 oyunluq kənarlaşdırma cəzası ilə, Klub barəsində verdiyi 6400 manat məbləğində cərimə cəzası isə 3200 manat məbləğində cərimə cəzası ilə əvəz edilsin.
3. Qərar 30 (otuz) gün ərzində tərəflərə göndərilsin.
 
Apellyasiya Arbitraj Tribunalının qərarı
Baş Sponsor 
Partnyorlar