az en
News / Apellyasiya Arbitraj Tribunalının qərarları

Apellyasiya Arbitraj Tribunalının qərarları

Apellyasiya Arbitraj Tribunalı Dərc olundu: 11.04.2022 Çap
AFFA-nın Apellyasiya Arbitraj Tribunalının qərarlarını diqqətinizə çatdırırıq:
Apellyasiya Arbitraj Tribunalının qərarları
1. “Neftçi” PFK tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin.
2. AFFA İntizam Komitəsinin 01.04.2022-ci il tarixində qızlardan ibarət “Neftçi U-17” komandasının futbolçusu Aydan Həsənova barəsində verdiyi qərar dəyişdirilsin.
3. Futbolçu barəsində verilən 4 oyunluq kənarlaşdırma cəzası 2 oyun şərti olmaqla 4 oyunluq kənarlaşdırma cəzası ilə əvəz edilsin. Sınaq müddəti növbəti 2 (iki) oyun müddətinə təyin edilsin.
 
1. “Baker Tilly” Futzal komandası tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin.
2. AFFA İntizam Komitəsinin 18.03.2022-ci il tarixində “Baker Tilly” komandasının futzalçısı Orxan Həsənov barəsində verdiyi qərar dəyişdirilsin.
3. Futzalçıya 11.03.2022-ci il tarixli cəzaya əlavə olaraq verilən 11 oyunluq kənarlaşdırma cəzası 10 oyun şərti olmaqla 11 oyunluq kənarlaşdırma cəzası ilə əvəz edilsin. Sınaq müddəti növbəti 10 (on) oyun müddətinə təyin edilsin.
 
1. “Sumqayıt” Futbol Klubu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin.
2. Oyunçuların Statusu və Transferi Komitəsinin “Klubda baş məşqçi köməkçisi vəzifəsini icra etmiş Elnur Çodarova Klub tərəfindən kompensasiya ödənilməsi” barədə 17 mart 2022-ci il tarixli qərarı ləğv edilsin.
 
Tribunal qərarlarının tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəflərə göndərilsin.
Baş Sponsor 
Partnyorlar