az en
News / Apellyasiya Arbitraj Tribunalının qərarları

Apellyasiya Arbitraj Tribunalının qərarları

Apellyasiya Arbitraj Tribunalı Dərc olundu: 25.11.2022 Çap
1. “Sabah” FK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin.
2. AFFA İntizam Komitəsinin 03.11.2022-ci il tarixdə “Sabah” FK-nın 4000 (dörd min) AZN məbləğində cərimə olunması barədə qəbul etdiyi qərar ləğv edilsin.
 
Apellyasiya Arbitraj Tribunalının qərarları
1. “Sumqayıt” FK tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin.
2. AFFA İntizam Komitəsinin 10.11.2022-ci il tarixdə “Sumqayıt” FK-nın baş məşqçisi Samir Abasov barəsində verdiyi qərar dəyişdirilsin.
3. Baş məşqçiyə verilən 5 oyunluq kənarlaşdırma cəzası cəzanın 3 oyunu şərti tətbiq edilməklə 5 oyunluq kənarlaşdırma cəzası ilə əvəz edilsin. Sınaq müddəti qərarın qəbul edildiyi tarixdən etibarən 3 (üç) ay müddətinə təyin edilsin. Baş məşqçi sınaq müddəti ərzində yenidən İntizam Məcəlləsi ilə müəyyən olunan hər hansı bir pozuntuya yol verdiyi halda həmin pozuntuya görə cəza təyin olunarkən 3 oyunluq kənarlaşdırma cəzası da tətbiq olunmalıdır.
4. "Sumqayıt" FK barəsində verilən 4000 (dörd min) AZN məbləğində cərimə cəzası qüvvədə qalsın.
5. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin.
 
1. “Neftçi” İK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin.
2. AFFA İntizam Komitəsinin 10.11.2022-ci il tarixində futzal üzrə “Neftçi” İK komandasının oyunçusu Namiq Məmmədkərimov barəsində verdiyi 10 (on) oyunluq kənarlaşdırma cəzası qüvvədə qalsın.
 
Baş Sponsor 
Partnyorlar