az en
News / Asfalt işlərinin görülməsi üzrə tender

Asfalt işlərinin görülməsi üzrə tender

AFFA Dərc olundu: 28.09.2020 Çap
AFFA Tovuz rayonunda yerləşən və “Turan Tovuz Peşəkar Futbol Klubu” ictimai birliyinin nəzdində fəaliyyət göstərən Futbol Akademiyası və Tovuz şəhər stadionunun ərazisində asfalt işlərinin görülməsi üzrə tender elan edir.
Görüləcək işlərlə bağlı məlumatlarla aşağıdakı keçiddən istifadə edərək tanış ola bilərsiniz:
 
Asfalt işlərinin görülməsi üzrə tender
Görüləcək işlərlə bağlı məlumat
 
Təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyinin təmin olunması üçün aşağıdakı keçiddən istifadə etməklə yükləyə biləcəyiniz “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi”ni müvafiq qaydada dolduraraq AFFA-ya göndərməyiniz xahiş olunur. “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi" təqdim olunmayacağı halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.
Tenderdə iştirak etmək istəyənlər qiymət təklifi və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi"ni, eləcə də şirkət tərəfindən irəli sürülən tender təklifi  qalib olduğu halda, tələb edilən işlərin vaxtında təhvil veriləcəyinə dair zəmanət məktubunu 14.10.2020-ci il, saat 17:00-a qədər bağlı zərfdə (tender komissiyasına ünvanlamaqla) AFFA-nın inzibati binasına (Ünvan: Bakı şəhəri, Xətai rayonu, 2208-ci məhəllə, Nobel prospekti, 57F) göndərə bilər.
İşin təhvil verilməsi üçün son tarix: 5 noyabr 2020-ci il
Ödəniş şərtləri: İş təhvil verildikdən sonra 90 gün ərzində
Əlavə suallarla bağlı [email protected] elektron ünvanı ilə əlaqə saxlaya bilərsiniz.
 
Baş Sponsor 
Partnyorlar