Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.
O, UEFA Konfrans Liqasının Liqa mərhələsinin V turu çərçivəsində dekabrın 12-də keçiriləcək “Olimpiya” (Sloveniya) - “Serkle Brügge” (Belçika) görüşünün hakim-inspektoru olacaq. Qarşılaşma Lyublyana şəhərində yerləşən “Stojitse” stadionunda baş tutacaq.