az en
News / AVRO-2020: Azarkeş zonası barədə məlumat

AVRO-2020: Azarkeş zonası barədə məlumat

Avro-2020 Dərc olundu: 26.02.2020 Çap
AVRO-2020-yə həsr olunmuş Azarkeş Zonası - bileti olmayan azarkeşləri bir araya gətirən və onlara əsl futbol həyəcanı yaşadaraq, möhtəşəm oyunların bir hissəsinə çevirən tədbirdir.
 
AVRO-2020: Azarkeş zonası barədə məlumat
Azarkeş Zonası müxtəlif məhsulların satışı ilə məşğul olacaq mağazalar və digər satış nöqtələri ilə yanaşı, pab və qida zonalarını da əhatə edəcək.
Azarkeş Zonasında qonaqlara müxtəlif əyləncə proqramları da təklif edilir. Canlı musiqi, ailələr üçün rəngarəng oyunlar və tədbirlər, eləcə də korporativlər üçün nəzərdə tutulan maraqlı proqramlar hər kəsin ürəyincə olacaq. Eyni zamanda, burada oyunları canlı izləyə biləcəyiniz və AVRO-2020 haqqında ən son xəbərlərlə tanış olacağınız nəhəng LED ekanlar da quraşdırılıb.
Azyaşlı azarkeşlərimizi də unutmamışıq. Burada onlar üçün batut attraksionları və əyləncəli master-klasslar da fəaliyyət göstərəcək.
 
Məkan: Yeni Bulvar ərazisi (Ağ şəhər)
Tarix: 12 İyun – 13 İyul
İş saatları: 14:00 – 01:00
 
QİDA VƏ İÇKİ BARƏDƏ TƏCHİZAT TƏLƏBLƏRİ SİYAHISI
Aşağıda göstərilən standartlar Azarkeş Zonasında qida və içki təchizatçısının icazəsi üçün əsas meyar kimi nəzərdə tutulmuşdur.
Azarkeş Zonasında fəaliyyətə başlamazdan əvvəl hər bir qida və içki podratçısı tədbirə qatılmaq və onun bir hissəsi olmaq üçün bütün lazımi sənədlərlə tanış olmalı və onları müvafiq qaydada hazırlamalıdır.
 
Qida və İçki təchizatçısı marka / restoran olduqda aşağıdakı tələblərə cavab verməlidir:
Biznes qeydiyyatı lisenziyası;
AQTA lisenziyası;
Qida təhlükəsizliyi və sanitariya-gigiyena sertifikatı;
Sığorta siyasəti;
Yanğın təhlükəsizliyi sertifikatları;
Alkoqollu içkilərin satışı lisenziyası (Satış bazarı alkoqollu içkilərin satışına istiqamətlənibsə);
Qida və içki bazarında ən azı 3 illik aktiv iş təcrübəsi;
Beynəlxalq və ya yerli kütləvi tədbirlərdə təcrübə;
Bazarın təklifi əsasında doğru qida avadanlıqlarından istifadə (bu, daha əvvəl digər vəziyyətlərdə sınaqdan keçirilmişdir);
Tədbir zamanı böyük izdihamı qəbul etmək və onların tələbinə cavab vermək üçün lazımi qədər insan resursunun olması;
Saxlama və anbar sahəsi;
Qiymət siyasətinin Azarkeş Zonasının operatoru ilə müzakirə edilməsi;
Qənaətbəxş rəqəmsal əhatə və statistika (SM kanalları /offlayn).
Qida və İçki təhcizatçısı vasitəçi satıcı / distribütor olduqda:
Qida və içki bazarında nüfuzlu və tanınmış şirkət olmalıdır;
Azarkeş Zonasında satılması planlaşdırılan məhsulları təmsil edən bütün şirkətlərlə müqavilə bağlamaqda təcrübəsi olmalıdır;
Qidalar lisenziyalı və nüfuzlu şirkətlərdən alınmalıdır;
Qida logistikası sahəsi üzrə təcrübəyə malik olmalıdır;
Beynəlxalq və ya yerli kütləvi tədbirlərdə təcrübəyə malik olmalıdır;
Qida və içki bazarında ən azı 3 illik distribütorluq təcrübəsi olmalıdır;
Qiymət siyasəti təchizatçı ilə birlikdə müzakirə olunmalıdır.
Təchizatçı Qida və İçki İstehsalçısı olduqda:
Qida və içki bazarında nüfuzlu və tanınmış şirkət olmalıdır;
Özünəməxsus istehsal müəssisəsi olmalıdır;
Özünəməxsus mağazaları olmalıdır;
Bu cür tədbirlərdə iş təcrübəsinə malik olmalıdır;
Markanın fəaliyyətində ən azı 2 illik təcrübəsi olmalıdır;
Keyfiyyət sertifikatlarına malik olmalıdır;
Bütün növ lisenziyalara malik olmalıdır;
Qiymət siyasətini Azarkeş Zonasının operatoru ilə müzakirə etməlidir.
 
Ətraflı məlumat üçün: https://euro2020.affa.az
 
Baş Sponsor 
Partnyorlar