az en
News / Avro-2020: Bilet satışında son 2 gün!

Avro-2020: Bilet satışında son 2 gün!

Avro-2020 Dərc olundu: 10.07.2019 Çap
Avropa çempionatının 60-cı ildönümünü qeyd etmək məqsədilə ilk dəfə olaraq bütün Avropa üzrə keçiriləcək UEFA AVRO-2020 turniri üçün bilet satışında son 2 gün!
 
Avro-2020: Bilet satışında son 2 gün!
Xəbər verdiyimiz kimi, 2020-ci ilin 12 iyun – 12 iyul tarixləri arasında keçiriləcək yarış çərçivəsində 24 iştirakçı komandanın oyunları 12 müxtəlif şəhərdə təşkil olunacaq: Amsterdam, Bakı, Bilbao, Buxarest, Budapeşt, Kopenhagen, Dublin, Qlazqo, London, Münhen, Roma və Sankt-Peterburq.
Oyunlara rekord sayda – üç milyon bilet satışa çıxarılıb ki, bu da həmişə olduğundan daha çox azarkeşin matçları canlı izləmək imkanına sahib olacağı anlamına gəlir. Yeni “LIVE IT. FOR REAL” sloqanı azarkeşləri stadionda oyunları canlı şəkildə izləməyə həvəsləndirən və ruhlandıran bir şüardır. İki milyon yarıma yaxın bilet (UEFA AVRO-2016 üçün ümumi bilet sayından daha çox) iştirakçı komandaların azarkeşləri və ictimaiyyət üçün ayrılıb.
Avro-2020 üçün bilet satışı ilə bağlı daha ətraflı məlumat üçün bu keçiddən istifadə edə bilərsiniz.
 
Baş Sponsor 
Partnyorlar