az en
News / Avro-2020 ilə bağlı dəyişikliyin müddəti uzadılıb

Avro-2020 ilə bağlı dəyişikliyin müddəti uzadılıb

Avro-2020 Dərc olundu: 13.01.2021 Çap
Azərbaycan Respublikasının “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2019-cu il 9 aprel tarixli 1559-VQD nömrəli və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2019-cu il 9 aprel tarixli 1560-VQD nömrəli qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
12.01.2021
Avro-2020 ilə bağlı dəyişikliyin müddəti uzadılıb
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 9 aprel tarixli 1559-VQD nömrəli Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 801) 2-ci maddəsində “2020” rəqəmləri “2021” rəqəmləri ilə əvəz edilsin.
Maddə 2. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 aprel tarixli 1560-VQD nömrəli Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 802) 2-ci maddəsində “2020” rəqəmləri “2021” rəqəmləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 dekabr 2020-ci il.
 
Baş Sponsor 
Partnyorlar 
Proyekt Partnyorları