az en
News / Avro-2020 ilə əlaqədar turizm şirkətləri üçün seminar təşkil olunub (fotoreportaj)

Avro-2020 ilə əlaqədar turizm şirkətləri üçün seminar təşkil olunub (fotoreportaj)

Avro-2020 Dərc olundu: 24.01.2020 Çap
Yanvarın 24-də Bakı Olimpiya Stadionunda Azərbaycan Turizm Bürosu və Avro-2020-nin Bakıda keçiriləcək oyunları ilə əlaqədar fəaliyyət göstərən Əməliyyat Qrupunun birgə təşkilatçılığı ilə yerli turizm şirkətləri üçün seminar təşkil olunub.
 
Avro-2020 ilə əlaqədar turizm şirkətləri üçün seminar təşkil olunub (fotoreportaj)
Seminarda 40-a yaxın turizm şirkətinin nümayəndəsi iştirak edib. Tədbirin keçirilməsində məqsəd yerli turizm agentliklərinə Avro-2020-nin Bakıda keçiriləcək 3 oyunu (Uels – İsveçrə, Türkiyə – Uels, İsveçrə – Türkiyə) və 1/4 final qarşılaşmasına hazırlıq prosesi barədə məlumat vermək, turistlərin Azərbaycana cəlb edilməsi baxımdan mümkün əməkdaşlıq və dəstək məsələlərini müzakirə etmək olub.
Yerli Əməliyyat Qrupunun nümayəndələri tədbir zamanı fan-zona, bilet satışı, nəqliyyat, oyunlara ev sahibliyi edəcək Bakı Olimpiya Stadionu və ümumi hazırlıqlarla bağlı müxtəlif təqdimatlarla çıxış ediblər.
Azərbaycan Turizm Bürosunun nümayəndələri də öz növbələrində turizm infrastrukturunun oyunlara hazırlığı barədə tədbir iştirakçılarını məlumatlandırıblar. Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb, Avro-2020 oyunlarının rəsmi maskotu Skillzy-nin təqdimatı həyata keçirilib və qonaqlar üçün Bakı Olimpiya Stadionunda xüsusi tur təşkil olunub.
 
Baş Sponsor 
Partnyorlar