az en
News / AVRO-2020 ilin ən yaxşı idman yarışı seçilib (fotolar)

AVRO-2020 ilin ən yaxşı idman yarışı seçilib (fotolar)

AFFA Dərc olundu: 13.12.2021 Çap
İdman Araşdırmalar Mərkəzinin "İlin qalibləri-2021" layihəsi üzrə mükafatçıları müəyyənləşib.
AVRO-2020 ilin ən yaxşı idman yarışı seçilib (fotolar)
Jurnalistlər arasında keçirilən sorğuya əsasən, AVRO-2020 (Bakı Olimpiya Stadionunda qrup mərhələsinin 3 oyunu və 1/4 final mərhələsinin bir oyunu) “İlin ən yaxşı idman yarışı” seçilib. Bakı Olimpiya Stadionunda təşkil olunan mükafatlandırma mərasimində mükafatı AFFA-nın icraçı vitse-prezidentinə cüdo üzrə Pekin Olimpiya oyunlarının qalibi, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli təqdim edib.
Qeyd edək ki, digər nominasiyalar üzrə “Qarabağ” klubu “İlin komandası”, Azərbaycan milli komandasının və “Neftçi” klubunun üzvü Emin Mahmudov “İlin futbolçusu”, “Qarabağ” klubunun üzvü Abdullah Zubir “İlin əcnəbi futbolçusu”, “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov isə “İlin məşqçisi” seçilib.
 
Baş Sponsor 
Partnyorlar