az en
News / Avro-2020 könüllüləri üçün təlim keçirilib (fotolar)

Avro-2020 könüllüləri üçün təlim keçirilib (fotolar)

Könüllülər Dərc olundu: 05.05.2021 Çap
Bakı Olimpiya Stadionunda Avro-2020 Bakı media könüllüləri üçün 6 saatlıq təlim proqramı təşkil olunub.
Avro-2020 könüllüləri üçün təlim keçirilib (fotolar)
Təlim proqramında könüllülərin Avro-2020-də media sektorunda fəaliyyətləri haqqında ətraflı məlumat verilib. Eyni zamanda, könüllülər üçün televiziya tarixi, aparıcılıq, şərhçilik və media sahəsinin incəlikləri ilə əlaqədar treninq keçirilib, praktiki oyunlar təşkil olunub. Təlimi CBC Sport televiziya kanalının xəbərlər xidmətinin rəhbəri Şəmsəddin Abbasov, şərhçilər qrupunun rəhbəri Rüstəm Əfsərli və xəbərlər proqramının aparıcısı Əminə Kazımova keçib.
May ayı ərzində bütün sektorlar üzrə təlim proqramı təşkil olunacaq. Ümumilikdə, bütün könüllülər (2020 nəfər) təlimlərə cəlb olunacaq.
 
Baş Sponsor 
Partnyorlar