az en
News / Avro-2020: Türkiyə, İsveçrə və Uels Bakıda oynayacaq

Avro-2020: Türkiyə, İsveçrə və Uels Bakıda oynayacaq

Avro-2020 Dərc olundu: 30.11.2019 Çap
Bu gün  Rumıniyanın paytaxtı Buxarestdəki ROMEXPO sərgi  və konsert kompleksində 2020-ci ildə təşkil olunacaq Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib.
 
Avro-2020: Türkiyə, İsveçrə və Uels Bakıda oynayacaq
Öncədən bəlli olduğu kimi, A qrupunun 3 oyunu – həmçinin, 1/4 final mərhələsinin 1 qarşılaşması – Bakı Olimpiya Stadionunda keçiriləcək. Püşkün nəticəsinə əsasən, A qrupunda Türkiyə, İtaliya, Uels və İsveçrə milli komandaları yer alıb.
Ev sahibi olaraq Bakı və Roma UEFA tərəfindən cüt şəhərlər olaraq müəyyənləşdirildiyi üçün A qrupunda İtaliya milli komandası bütün ev oyunlarını “Olimpiko” stadionunda keçirəcək. Türkiyə milli komandasının İsveçrə və Uels komandaları ilə matçları, eləcə də İsveçrə – Uels görüşü Bakı Olimpiya Stadionunda təşkil ediləcək.
Bakıdakı qrup oyunları iyunun 13-də, 17-də və 21-də olacaq. 1/4 final mərhələsinin BOS-dakı qarşılaşması isə iyulun 4-də keçiriləcək.
Xatırladaq ki, Avropa çempionatının 60 illik yubileyi ilə əlaqədar UEFA İcraiyyə Komitəsinin 2012-ci ildə qəbul etdiyi qərara əsasən, turnir 2020-ci ildə qitənin 12 şəhərində gerçəkləşəcək. Çempionatın açılış oyunu iyunun 12-də İtaliyanın paytaxtı Roma şəhərində olacaq və Mərkəzi Avropa vaxtı ilə saat 21:00-da başlayacaq. Yarımfinal oyunları və final qarşılaşması Londonun "Uembli" stadionunda keçiriləcək.
Püşkatma mərasimində çempionatın ev sahibi şəhərlərindən biri olan Bakını nümayəndə heyəti olaraq AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov, Avro-2020-nin final mərhələsinin Bakıda keçiriləcək oyunları üzrə Əməliyyat Qrupunun layihə koordinatoru Kamran Vəliyev, AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva və Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev təmsil edib.
 
Baş Sponsor 
Partnyorlar