az en
News / AVRO-2020-yə 100 gün qalmış “Skillzi” Bakı gəzintisinə çıxdı

AVRO-2020-yə 100 gün qalmış “Skillzi” Bakı gəzintisinə çıxdı

Avro-2020 Dərc olundu: 04.03.2020 Çap
Bugün - futbol üzrə Avropa çempionatının başlamasına 100 gün qalmış AVRO-2020-nin rəsmi talismanı, “Skillzi” çempionatın Bakı şəhəri üzrə fristaylerləri  - veteran futbolçu Nuqzar Kvirtiya və Kader Alimova ilə birlikdə paytaxta gəzintiyə çıxıb. “Skillzi” və dostlarının “küləklər” şəhərindəki sərgüzəştləri paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb. 
AVRO-2020-yə 100 gün qalmış “Skillzi” Bakı gəzintisinə çıxdı
Əlamətdar gündə baş tutan bu gəzinti paytaxtımıza xüsusi rəng qatıb. “Skillzi” və dostları gəzintilərinə Bakının mərkəzindən - Nizami küçəsindən başlayıblar. Daha sonra “küləklər şəhəri”nin tarixi yerlərindən olan İçərişəhərə gedən dostlar Qız qalası, Şirvanşahlar sarayı, Atəşgah, Yanardağ kimi turistik yerlərə, eləcə də bir sıra muzeylərə baş çəkiblər. 
Qeyd edək ki, talismanın adı ingilis dilində “bacarıq” mənasını daşıyan “skills” sözündən götürülüb. “Bacarıqlı oğlan” ilk dəfə bu il martın 24-də Niderland və Almaniya arasında matç zamanı təqdim edilib.
Öncədən bəlli olduğu kimi, A qrupunun 3 oyunu – həmçinin, 1/4 final mərhələsinin 1 qarşılaşması – Bakı Olimpiya Stadionunda keçiriləcək. Püşkün nəticəsinə əsasən, A qrupunda Türkiyə, İtaliya, Uels və İsveçrə milli komandaları yer alıb. Bakıda keçiriləcək oyunların təqvimini diqqətinizə çatdırırıq:

13 iyun, saat 17:00
Uels - İsveçrə

17 iyun, saat 20:00
Türkiyə - Uels

21 iyun, saat 20:00
İsveçrə - Türkiyə

4 iyul, saat 20:00
¼ final oyunu
 
Baş Sponsor 
Partnyorlar