az en
News / “Azlıqda qalmağımıza baxmayaraq, meydanda əsl komanda gördüm”

“Azlıqda qalmağımıza baxmayaraq, meydanda əsl komanda gördüm”

A Milli Dərc olundu: 29.03.2022 Çap
Bu gün Maltada keçirilmiş Azərbaycan – Latviya yoldaşlıq oyunundan sonra təşkil olunmuş mətbuat konfransında baş məşqçi Canni De Byazinin səsləndirdiyi fikirləri nəzərinizə çatdırırıq:
“Azlıqda qalmağımıza baxmayaraq, meydanda əsl komanda gördüm”
“Təbii ki, bir nəfər azlıqda qalmağımız oyun planımızı dəyişdi. Oyuna yaxşı başlamışdıq. Renat Dadaşov və Dmitri Nazarovla qol vurmaq şansımız oldu, bəxtimiz gətirmədi. Oyundan sonra futbolçulara da dedim ki, nəticədən razı ola bilmərik, amma azlıqda qalmağımıza baxmayaraq meydanda əsl komanda gördüm. Son dəqiqələrədək mübarizə apardıq. Bu gün mübarizə aparan futbolçuların çoxu növbəti oyunlarda bizimlə birlikdə olacaq. Ümumiyyətlə, iyunda Millətlər Liqasında qısa zamanda 4 oyun keçirəcəyik. Daha geniş heyətə ehtiyacımız olacaq.
 
Qol epizodundan öncə künc zərbəsi zamanı bizim lehimizə qayda pozuntusu olmuşdu, amma hakim tam əks tərəfə cərimə verdi. Riçard Almeydanı alqışlamaq istəyirəm. Heyətdəki ən təcrübəli futbolçulardan biridir. Bu yaşda 35-40 dəqiqə dinamik oynadı, yaxşı təsir bağışladı, keyfiyyətini göstərdi. Digər futbolçular Renat Dadaşov, Dmitri Nazarov və Səlahət Ağayev də inamlı təsir bağışladı. Futbolçulardan razı qaldım. Əlbəttə, nəticə ürəyimizcə olmadı. Bununla belə, oyunda pozitiv məqamlar gördüm".
 
Baş Sponsor 
Partnyorlar