az en
News / Azərbaycan – Moldova: Məşqçi fikirləri

Azərbaycan – Moldova: Məşqçi fikirləri

A milli (Qadınlar) Dərc olundu: 23.02.2021 Çap
Bu gün ASK Arenada keçirilmiş Azərbaycan – Moldova oyunundan sonra hər iki komandanın baş məşqçisi affa.az saytına açıqlama verib:
 
Azərbaycan – Moldova: Məşqçi fikirləri
Siyasət Əsgərov (Azərbaycan milli komandasının baş məşqçisi): “İspaniya ilə oyundan sonra bu qarşılaşmaya köklənmək bir qədər çətin oldu. Komandam 90 dəqiqə xarakter, mübarizə, istək nümayiş etdirdi. Düzdür, oyun ərzində bəzi tapşırıqları daha dəqiq yerinə yetirə bilərdik. Misal üçün, əlavə qollar vura bilərdik. Bu çatışmazlıq oyun təcrübəmizin az olması ilə əlaqədardır. Əsas o idi ki, oyundan əvvəl verdiyimiz sözümüzü tutduq və qələbə qazandıq. Qələbə münasibətilə komandamı təbrik və təşəkkür edirəm. Ümid edirəm, əldə etdiyimiz qələbə ilə əvvəlki məğlubiyyəti unutdura bildik”.
 
Eduard Blanuta (Moldova milli komandasının baş məşqçisi): “Qələbəni hansı komanda daha çox istədi, o da qələbə qazandı. Müsbət məqam ondan ibarətdir ki, komandam istədiyimiz oyunu nümayiş etdirdi. Oyunumuzda çatışmayan yeganə cəhət hesabı bərabərləşdirə bilməməyimizdir. Bu da oyunun gedişində müəyyən mənada oyun üslubumuzu dəyişməyimizə səbəb oldu”.
Baş Sponsor 
Partnyorlar