az en
News / Azərbaycan – Moldova: Məşqçi fikirləri

Azərbaycan – Moldova: Məşqçi fikirləri

Futzal Dərc olundu: 04.03.2021 Çap
Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində bu gün keçirilmiş Azərbaycan – Moldova oyunundan sonra hər iki komandanın baş məşqçi affa.az-a açıqlama verib:
Azərbaycan – Moldova: Məşqçi fikirləri
Joze Alesio Da Silva (Azərbaycan millisinin baş məşqçisi): “Slovakiyaya qarşı yaxşı oynamamışdıq. Moldova yığmasının isə necə oynayacağını bilirdik. Buna görə də uşaqlara diqqətli olmağı, erkən qol vurmağı tapşırmışdım. Çünki hesabı tez açsaq, növbəti qolları da vuracaqdıq.
Ümumi götürsək, istədiyimiz alındı. Vacib olan nəticəni - qələbəni qazandıq. Moldova millisinin üzvləri fiziki planda güclüdürlər. Onlar daim hərəkətdə idilər.
Narazı qaldığım məqam hücumçumuz Rafael Vilelanın sarı vərəqə alması oldu. Artıq passivində 3 sarı vərəqə var və o, növbəti oyunda bizə kömək edə bilməyəcək”.
 
Vladimir Busatıy (Moldova millisinin baş məşqçisi): “Rəqibin Yunanıstanla oyununa baxmışdım. Bilirdim ki, Azərbaycan millisinin ustalıq səviyyəsi yüksəkdir. Heyətlərində fərdi planda seçilən futzalçılar var. Nəticəni ədalətli saymıram. Çünki bizim də qol vurmaq üçün şanslarımız oldu, sadəcə, həmin epizodları reallaşdıra bilmədik. Futzalda gərək hər şansdan maksimum istifadə edəsən. Yoxsa, özün cəzalandırılacaqsan”.
Baş Sponsor 
Partnyorlar