az en
News / Azərbaycan – Serbiya: Məşqçi fikirləri

Azərbaycan – Serbiya: Məşqçi fikirləri

DÇ-2022 Dərc olundu: 30.03.2021 Çap
DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində bu gün Bakı Olimpiya Stadionunda keçirilmiş Azərbaycan – Serbiya oyunundan sonra təşkil olunmuş mətbuat konfransında hər iki milli komandanın baş məşqçilərinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
Azərbaycan – Serbiya: Məşqçi fikirləri
Canni De Byazi (Azərbaycan milli komandasının baş məşqçisi): “Fiziki və texniki baxımdan çox güclü komandaya qarşı oynayırdıq. Buna görə heyəti qurarkən fərqli qərar qəbul etmişdim. Fiziki cəhətdən daha güclü futbolçulara ehtiyac vardı. Əlbəttə, nəticəyə görə narahatam. Fikirləşirəm ki, fərqli nəticə ola bilərdi. Oyun ərzində 4 yaxşı imkanımız oldu. Təəssüf ki, bunlardan yararlana bilmədik. Komandadan razı qaldım və əminəm ki, inkişafımızı davam etdirəcəyik. Oyundan sonra futbolçulara təşəkkürümü bildirdim. Çox istəkli cavan oyunçularımız var. Bəzən səhvlər bizə baha başa gəlir. Bu gün də belə oldu. Bizim oyunlara baxan başa düşər ki, pozitiv məqamlar çoxdur. Bu gün də son 10 dəqiqədə məğlub olduq”.
 
Draqan Stoykoviç (Serbiya milli komandasının baş məşqçisi): “Dünən də dediyim kimi, çox çətin oyun gözləyirdik. Bu gün qol buraxmadan qalib gəlmək istəyirdik. Ancaq oyunda ümumən çox səhvimiz olmadı. Azərbaycan millisi təşkilatlanmış, yaxşı müdafiə olunan və əks-hücumlara çıxan komandadır. Bərabrəlik qolundan sonra daha çətin oldu. Rəqibə geridönüş imkanı vermişdik. Ancaq sonra vəziyyəti öz xeyrimizə dəyişə bildik. Hər iki tərəf "Fair Play"ə uyğun oynadı. Bununla belə, istədiyimiz nəticəni qazandıq və 3 xal əldə etdik”.
Baş Sponsor 
Partnyorlar