az en
News / Azərbaycan – Slovakiya, Azərbaycan – Belarus: Akkreditasiya üçün qeydiyyat

Azərbaycan – Slovakiya, Azərbaycan – Belarus: Akkreditasiya üçün qeydiyyat

Millətlər Liqası Dərc olundu: 31.05.2022 Çap
UEFA Millətlər Liqası çərçivəsində iyunun 10-da, saat 20:00-da “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Slovakiya, iyunun 13-də eyni vaxtda, eyni məkanda təşkil olunacaq Azərbaycan – Belarus oyunları üçün akkreditasiya almaq istəyən KİV nümayəndələri iyunun 3-dək qeydiyyatdan keçməlidirlər.
 
Azərbaycan – Slovakiya, Azərbaycan – Belarus: Akkreditasiya üçün qeydiyyat
Qeydiyyatdan keçmək üçün tələb olunanlar:
 
1. Qeydiyyatdan keçənin adı, soyadı, atasının adı;
2. Şəxsiyyət vəsiqəsinin surəti (skan olunmuş);
3. Təmsil etdiyi KİV;
4. Vəzifəsi;
5. 3x4 ölçüdə, elektron formatda rəsmi sənəd üçün şəkil.
 
Yuxarıda qeyd olunanlar 3 iyun saat 18:00-a qədər [email protected] ünvanına göndərilməlidir. Müraciət edənlər qeydiyyat üçün tələb olunanların hər birini təqdim etdikdən və [email protected] ünvanından müvafiq təsdiq cavabı aldıqdan sonra qeydiyyatdan keçmiş hesab olunacaqlar.
 
Vacib qeydlər:
- Stadionda media üçün yerin az olduğunu nəzərə alaraq, mətbuat nümayəndələrinin stadionun media sektoruna və mətbuat konfransı otağına buraxılması qaydalarına say məhdudiyyəti tətbiq olunacaq.
- Hər KİV-dən yalnız 1 (bir) nəfər qeydiyyatdan keçə bilər.
- Say məhdudiyyəti nəzərə alınaraq, qeydiyyatdan daha erkən keçmiş KİV nümayəndələrinə üstünlük veriləcək.
- Qeydiyyatdan keçənlərin sayı tətbiq olunan limiti keçəcəyi təqdirdə, qeydiyyat iyunun 3-dən daha tez yekunlaşdırıla bilər.
 
Baş Sponsor 
Partnyorlar