az en
News / Azərbaycan – Özbəkistan: Məşqçi fikirləri

Azərbaycan – Özbəkistan: Məşqçi fikirləri

Futzal Dərc olundu: 21.01.2020 Çap
Bu gün keçirilmiş Azərbaycan – Özbəkistan oyunundan sonra hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
Azərbaycan – Özbəkistan: Məşqçi fikirləri
Joze Alesio Da Silva (Azərbaycan millisinin baş məşqçisi): “İlk 10 dəqiqədə komandam çox sakit idi. Sanki oyunda deyildilər. İlk hissənin tən yarısı geridə qaldıqdan sonra oyuna kökləndilər. Özbəkistan millisi bizə qarşı ikiqat istəkli idilər. Bizdə isə hazırda Yüksək Liqada fasilədi və futzalçıları yenidən formaya salmalıyıq. Əvvəlcədən də dediyim kimi, heyətlə bağlı problemlərimiz var. Bəzi oyunçularımız zədəsini yeni sağaldıb.
Əlbəttə, bu cür oyunlarda nəticədən çox, komandanın hazırlıq vəziyyətini yoxlamaq vacibdir. İndi səhvlərimizi görməliyik ki, rəsmi oyunlarda bunu etməyək. Sabahkı oyuna qədər bunu analiz edəcəyik və bu dəfə fərqli çıxış edəcəyik. Təbii ki, ikinci dəfə məğlub olmaq istəmirik”.
 
Bahodir Ahmedov (Özbəkistan millisinin baş məşqçisi): “Bakıya gəlmək mənim üçün xoşdur. Federasiya rəhbərliyinə bizə yaratdığı şəraitə görə təşəkkür edirəm. Hər iki komandanın fərqlənmək üçün kifayət qədər imkanı oldu, amma biz bu şanslardan daha yaxşı istifadə etdik. Qələbə qazanmağımızda əsas faktor  müdafiədə düzgün oynamağımızla bağlıdır. Bu da futzalda vacib amildir. Təbii ki, bu cür yoldaşlıq oyunlarında hesab ön planda gəlmir. Əsas məqsəd heyətə cəlb edilən yeni futzalçıları yoxlamaqdır. Rəqibimiz də yaxşı təsir bağışladı. Hesab edirəm ki, həm bizim, həm də Azərbaycan millisinin Litvada təşkil olunacaq dünya çempionatının final mərhələsində vəsiqə qazanmaq şansı var”.

 
Baş Sponsor 
Partnyorlar