az en
News / Baş məşqçi Polşaya gedib

Baş məşqçi Polşaya gedib

A Milli Dərc olundu: 08.08.2021 Çap
Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazi Polşaya səfərə yollanıb. Səfərin məqsədi karyeralarını bu ölkədə davam etdirən Azərbaycan milli komandasının üzvləri Mahir Emreli ilə Anton Krivotyukun çıxış etdiyi komandaların oyunlarını izləməkdir.
 
Baş məşqçi Polşaya gedib
Qeyd edək ki, Anton Krivotsyukun çıxış etdiyi “Visla Plock” klubu avqustun 9-də Polşa çempionatının 3-cü turunda “Radomiak” klubu ilə qarşılaşacaq. Mahir Emrelinin formasını geyindiyi “Legia” isə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində avqustun 10-da “Dinamo” (Zaqreb, Xorvatiya) klubu ilə üz-üzə gələcək.
 
Baş Sponsor 
Partnyorlar