az en
News / Baş məşqçi və futbolçular media təlimində iştirak edib (fotoreportaj)

Baş məşqçi və futbolçular media təlimində iştirak edib (fotoreportaj)

A Milli Dərc olundu: 17.05.2015 Çap
Baş məşqçi və futbolçular media təlimində iştirak edib (fotoreportaj)
“Bakcell” şirkətinin, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin təşkilatçılığı, AFFA-nın və PFL-in dəstəyi ilə Bayıl Arenada “Azərbaycanda Futbol Jurnalistikasına Dəstək” layihəsi çərçivəsində gənc jurnalistlər üçün təlim keçirilib. İki gün davam edən təlimdə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki və futbolçular Vüqar Nadirovla Qara Qarayev mediaya dəstək məqsədilə qonaq qismində iştirak ediblər. Ətraflı fikir mübadiləsinin aparıldığı təlimdə tanınmış jurnalistlər Rüstəm Əfsərli və Gündüz Abbaszadə, həmçinin millinin baş məşqçisi və futbolçuları media ilə əlaqələrindən danışıblar, təcrübələrini bölüşüblər.
Sonda təlim iştirakçıları xatirə şəkli çəkdiriblər.
 
Baş Sponsor 
Partnyorlar