az en
News / “Bahar turniri”nə yekun vurulub (fotoreportaj)

“Bahar turniri”nə yekun vurulub (fotoreportaj)

AFFA Dərc olundu: 08.05.2022 Çap
AFFA-nın təşkilatçılığı ilə 7-8 may tarixlərində 12 yaşadək qızlar arasında “Bahar turniri” keçirilib. 
“Bahar turniri”nə yekun vurulub (fotoreportaj)
Aura İdman Kompleksinin qapalı meydançasında keçirilən turnirdə 74 yeni qız futbolçu qeydiyyata alınıb. “Əhmədli Yunayted” komandası turnirin qalibi, II və III yeri isə müvafiq olaraq “Baku Sporting” və “Şimal" (Xaçmaz) komandaları tutub. İlk üç yeri tutan komandalar diplom və medallar, qalib komanda isə kubokla mükafatlandırılıb. Mükafatları AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, Qadın futbolçulardan ibarət A milli komandanın baş məşqçisi Siyasət Əsgərov, U-17 (qızlar) milli komandasının baş məşqçisi Zamir Həsənov, U-15 (qızlar) milli komandasının baş məşqçisi Nərgiz Qurbanova və Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova təqdim edib. 7 qolla “Bakinka” komandasının üzvü Sara Səlimova turnirin ən məhsuldar oyunuçusu, “Baku Sporting” komandasından Aydan Nəsrullayeva ən yaxşı oyunçu, “Şimal” (Xaçmaz) komandasının qapıçısı Qızılgül Dadaşova isə turnirin ən yaxşı qapıçısı seçilib.
 
Baş Sponsor 
Partnyorlar