Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu - 2023” keçirilib.
“Küləyə qalib gəl” şüarı altında altıncı dəfə keçirilən Bakı Marafonu Dövlət Bayrağı Meydanından start götürüb. İştirakçılar 21 kilometrlik məsafəni qət edərək yarışın finiş xəttini keçiblər. AFFA-nın əməkdaşları marafonda iştirak ediblər.