az en
News / Barış Şimşek

Barış Şimşek

Hakimlər Dərc olundu: 15.07.2022 Çap
Xəbər verdiyimiz kimi, AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilmiş iclasında türkiyəli mütəxəssis Barış Şimşek Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olunub. Komitə sədrinin fəaliyyəti barədə məlumatı diqqətinizə çatdırırıq:
 
Barış Şimşek
09.04.1976-cı ildə anadan olub.
 
1993-2000-ci illərdə Trabzondakı Qaradəniz Texniki Universitetində “Mülki inşaat”, 2001-2004-cü illərdə isə həmin universitetdə “Biznesin idarə olunması” (Masters Degree) ixtisasları üzrə ali təhsil alıb.
 
2006-2009-cu illər ərzində Türkiyə Futbol Federasiyasının (TFF) Trabzon üzrə regional hakimi, 2006-2019-cu illər dövründə TFF-nin elit hakimi, 2013-2015-ci illər aralığında FIFA referisi kimi fəaliyyət göstərib.
 
Türkiyə Premyer Liqasında 200-dən, beynəlxalq turnirlərdə isə 100-dən artıq oyunda hakimlik edib. Xüsusilə, UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və UEFA Avropa çempionatının oyunlarına təyinat alıb (baş hakim, baş hakimin əlavə köməkçisi, 4-cü hakim).
 
2019-cu ildən etibarən TFF-nin Hakim İşləri Müdirliyinə rəhbər və TFF-nin VAR layihəsinə koordinator təyin olunub.
 
Beynəlxalq təyinatları (baş hakimin əlavə köməkçisi)
2013 – Aralıq dənizi oyunları, Mersin
2014 – UEFA Avropa Liqası, yarımfinal. Lissabon
2015 – UEFA Çempionlar Liqası, final. Berlin
2016 – Avropa çempionatı, final mərhələsi. Fransa
2016 – UEFA Çempionlar Liqası, yarımfinal. Mançester
2016 – UEFA Çempionlar Liqası, yarımfinal. Madrid
2017 – UEFA Çempionlar Liqası, yarımfinal. Madrid
 
Kurslar
2012 – UEFA-nın hakimliyə giriş kursu. Nyon. Referi
2013 – UEFA-nın yeni beynəlxalq hakimlər kursu. Roma. Referi
2013 – UEFA-nın konsolidasiya kursu. Nyon. Referi
2014 – UEFA-nın 1-ci əlavə hakim köməkçisi kursu. Nyon. Əlavə hakim köməkçisi
2019 – UEFA-nın 27-ci Advanced kursu. Lissabon. VAR
2019 – UEFA-nın 4-cü VAR kursu. Malaqa. VAR
2019 – UEFA-nın 8-ci VAR kursu. İstanbul. VAR təlimatçısı
2019 – UEFA-nın 9-cu VAR kursu. İstanbul. VAR təlimatçısı
2019 – UEFA-nın 10-cu VAR kursu. İstanbul. VAR təlimatçısı
 
Baş Sponsor 
Partnyorlar