az en
News / BDU-nun 100 illik yubileyinə həsr olunmuş ölkə birinciliyinə start verilib (fotoreportaj)

BDU-nun 100 illik yubileyinə həsr olunmuş ölkə birinciliyinə start verilib (fotoreportaj)

Turnir Dərc olundu: 05.04.2019 Çap
AFFA, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Futbol Federasiyası İçtimai Birliyinin təşkilatçılığı ilə Bakı İdman Sarayında Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş ölkə birinciliyinin açılışı olub. Açılış mərasimində AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Tələbə Futbol Federasiyası İçtimai Birliyinin prezidenti Firudin Qurbanov çıxış edərək birincilikdə mübarizə aparan komandalara uğurlar arzulayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Respublikanın ali və orta ixtisas müəssislərinin tələbələri arasında təşkil olunan birinciliyin ilk oyununda Bakı Dövlət Universitetinin komandası ilə Azərbaycan Texniki Universitetinin komandası qarşılaşıb.
 
BDU-nun 100 illik yubileyinə həsr olunmuş ölkə birinciliyinə start verilib (fotoreportaj)
Baş Sponsor 
Partnyorlar