az en
News / "Belə davam etsələr, istədiyimiz komandanı qura bilərik"

"Belə davam etsələr, istədiyimiz komandanı qura bilərik"

U-19 Dərc olundu: 25.01.2020 Çap
Antalyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Samir Əliyev bu gün Şimali Makedoniyanın müvafiq yaş qrupuna aid yığmasına  qarşı keçirilmiş oyundan sonra affa.az-a açıqlama verib:
 
 
"Belə davam etsələr, istədiyimiz komandanı qura bilərik"
"Bu il milli səviyyəsində ilk oyunumuzu keçirdik. Sevindirici haldır ki, qarşılaşmanı qol buraxmadan qələbə ilə başa vurduq. Yetərincə də qol vəziyyətlərimiz oldu. Təəssüf ki, onlardan lazımınca istifadə edə bilmədik. Vacib olan qələbə qazanmağımızdır. İlk hissədə yaxşı oynasaq da, fasilədən sonra futbolçularda bir az yorğunluq var idi. Bununla belə, hər bir futbolçu özünü yaxşı tərəfdən göstərdi. Bir neçə oyunçudan razı qalsaq da, bəziləri hələ də öz üzərində işləməlidir. Komandanın çatışmayan cəhətləri çoxdur. Heyət tam formalaşmayıb. Amma yetərincə vaxtımız var. Əzmlə, istəklə çalışacağıq. Belə davam etsələr, istədiyimiz komandanı qura bilərik".
Baş Sponsor 
Partnyorlar