az en
News / “Beynəlxalq səviyyəli oyunlarda bu cür səhvləri bağışlamırlar”

“Beynəlxalq səviyyəli oyunlarda bu cür səhvləri bağışlamırlar”

U-21 Dərc olundu: 13.11.2020 Çap
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçirilmiş İsveçrə – Azərbaycan oyunu ilə bağlı millimizin baş məşqçisi Milan Obradoviçin fikirlərini diqqətinizə çatdırırıq:
 
“Beynəlxalq səviyyəli oyunlarda bu cür səhvləri bağışlamırlar”
“Müəyyən səbəblərdən üç oyunçumuzun xidmətindən istifadə edə bilmədik. Təbii ki, bu amil oyunun keyfiyyətiinə mənfi mənada öz təsirini göstərirdi. Oyunun gedişində yorğun olan futbolçuları əvəz etmək işimizi çətinləşdirirdi. Heyətdə ilk dəfə oynayan gənc oyunçularımız vardı. Meydanın mərkəzində topa nəzarət edib rəqibin oyun qurmasının qarşısını ala bildik. Hesabda irəli çıxdıqdan sonra əks-hücumlarla təhlükəli epizodlar yaratmağı bacardıq. İkinci hissədə rəqibin daha istəkli olacağını bilirdik. Belə də oldu və fasilədən sonra hesabı bərabərləşdirdilər. Xüsusən, son 10 dəqiqədə futbolçulara daha diqqətli olmalarını tapşırdım. Təəssüf ki, ardıcıl iki oyundur son dəqiqədə qol buraxaraq məğlub oluruq. Beynəlxalq səviyyəli oyunlarda bu cür səhvləri bağışlamırlar. Prinsipcə oyundan razı qalsam da, nəticədən narazıyam. Bu gün biz xal itirdik”.
 
Baş Sponsor 
Partnyorlar