az en
News / BOS-da görüləcək işlərlə bağlı tender elan olunur

BOS-da görüləcək işlərlə bağlı tender elan olunur

AFFA Dərc olundu: 10.02.2020 Çap
Bakı Olimpiya Stadionu yaxınlığında ictimai maşın dayanacağının dəmir-beton bloklardan və metal tordan hasara alınması işləri ilə bağlı AFFA tender elan edir.
Görüləcək işlərin siyahısı ilə aşağıdakı keçiddən istifadə edərək tanış ola bilərsiniz:
BOS-da görüləcək işlərlə  bağlı tender elan olunur
Təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyinin təmin olunması üçün aşağıdakı keçiddən istifadə etməklə yükləyə biləcəyiniz “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi”ni müvafiq qaydada dolduraraq AFFA-ya göndərməyiniz xahiş olunur. “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq”i təqdim olunmayacağı halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.
Tenderdə iştirak etmək istəyənlər qiymət təklifi və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi"ni, eləcə də şirkət tərəfindən irəli sürülən tender təklifi  qalib olduğu halda, tələb olunan işlərin 15.05.2020-ci il tarixinədək təhvil veriləcəyinə dair zəmanət məktubunu 20.02.2020-ci il, saat 18:00-a qədər [email protected] elektron ünvanına göndərə bilər.
Əlavə suallarla bağlı [email protected] ünvanı ilə əlaqə saxlaya bilərsiniz.
 
Baş Sponsor 
Partnyorlar