az en
News / Bərabərlik naminə yoldaşlıq oyunu keçirilib (fotoreportaj)

Bərabərlik naminə yoldaşlıq oyunu keçirilib (fotoreportaj)

AFFA Dərc olundu: 04.03.2019 Çap
Martın 2-də Birləşmiş Millətlər Təşkilatının rəsmiləri, Azərbaycanda akkreditə olunmuş bir sıra diplomatik missiyaların nümayəndələri və qızlardan ibarət milli komandanın (U-17 və U-19) futbolçularının iştirakı ilə ölkədə gender bərabərliyini dəstəkləmək və 8 mart Beynəlxalq Qadınlar gününü qeyd etmək üçün yoldaşlıq oyunu keçirilib.
 
Bərabərlik naminə yoldaşlıq oyunu keçirilib (fotoreportaj)
Qadın və kişilərdən ibarət dörd komanda BMT-nin Azərbaycan nümayəndəliyinin hazırladığı və üzərində #bərabərliknaminə həştəqi eləcə də Dayanıqlı İnkişaf Məqsədlərinin əks olunduğu futbol köynəkləri və topla çıxış edib.
Tədbiri  Birləşmiş Millətlər Təşkilatı (BMT), Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)  və Missiya Rəhbərləri Xanımlarının Təşkilatı (HOMS)  təşkil edib.
“Gendər bərabərliyi və qızların səlahiyyətləndirilməsini təşviq etmək üçün Azərbaycanın ulduz futbolçuları ilə birlikdə oynamaq  çox maraqlı idi”, BMT-nin rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib. Cənab İshaqzai AFFA-ya, diplomatik missiya nümayəndələrinə, HОMS-a və BMT əməkdaşlarına iştirak və dəstəklərinə görə təşəkkür edib.
AFFA-nın  Kütləvi Futbol departamentinin rəhbəri Cahangir Həsənzadə BMT-nin Azərbaycandaki nümayəndəliyinə qız futbolu və gender bərabərliyinə verdiyi davamlı dəstəyə görə minnətdarlığını bildirib.  О, bu sahədə görülən işlərə görə, BMT-nin Azərbaycandaki rezident əlaqələndiricisinə mükafat və təşəkkürnamə təqdim edib.
 
Baş Sponsor 
Partnyorlar