az en
News / Bu gün Milli Mətbuat Günü ilə bağlı tədbir keçiriləcək

Bu gün Milli Mətbuat Günü ilə bağlı tədbir keçiriləcək

AFFA Dərc olundu: 22.07.2019 Çap
22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar bu gün AFFA-nın təşkilatçılığı ilə idman mediasının nümayəndələri üçün tədbir təşkil olunacaq.
 
Bu gün Milli Mətbuat Günü ilə bağlı tədbir keçiriləcək
Bakı Olimpiya Stadionunun ehtiyat meydanında KİV nümayəndələrinin və AFFA əməkdaşlarının iştirakı ilə mini-turnir keçiriləcək. 4 komandanın mübarizə aparacağı turnir yarımfinal qarşılaşmalarından və final oyunundan ibarət olacaq.
“Media futbol festivalı” adlı tədbirin proqramını bir daha diqqətinizə çatdırırıq:
 
Saat 18:00 – 19:00 - Mini-turnir
Saat 19:30 – Şam yeməyi
 
Futbol oynamaq üçün qeydiyyatdan keçmiş mətbuat nümayəndələri saat 17:30-da stadionda olmalı, özü ilə idman geyimi gətirməlidir.
İştirakçı komandalara AFFA-nın hədiyyələri təqdim olunacaq.
 
Baş Sponsor 
Partnyorlar