az en
News / “Bu gün oyun keyfiyyəti baxımından yaxşı idik”

“Bu gün oyun keyfiyyəti baxımından yaxşı idik”

A Milli Dərc olundu: 13.06.2022 Çap
UEFA Millətlər Liqası çərçivəsində bu gün “Dalğa Arena”da keçirilmiş Azərbaycan – Belarus oyunundan sonra təşkil olunmuş mətbuat konfransında Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin səsləndirdiyi fikirləri nəzərinizə çatdırırıq:
 
“Bu gün oyun keyfiyyəti baxımından yaxşı idik”
"Nəhayət qələbə qazandıq. Mən sevinirəm. Özüm üçün yox, futbolçular üçün sevinirəm. Çünki onlar buna layiqdirlər. 11 günə 4 oyun keçirdik. Ağır oyunlar oldu. Mövsümün sonu olduğu üçün çox çətin idi. Amma bu gün qalib gələ bildik. Qazaxıstanın lider olması sürpriz görünə bilər. Maraqlı məqam odur ki, onlarda mövsüm davam edir. Digər ölkələrdə isə mövsüm bitib və bu fiziki baxımdan özünü göstərir. Qazaxıstana qarşı da yaxşı oynamışdıq. Təəssüf ki, şanslardan istifadə edə bilmədik və bu, bizə baha başa gəldi. Bu gün oyun keyfiyyəti baxımından yaxşı idik. İki hücumçudan başqa Aleksey İsayev və Coşqun Diniyevi xüsusi qeyd etməliyəm. Start heyətdə meydana çıxanlar da sonadək vuruşdular. Bu, Slovakiya ilə matçdan sonra çətin idi. Amma oyunçular bunu bacardılar”.
 
Baş Sponsor 
Partnyorlar