19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək.
7-ci qrupda yer alan millimiz İslandiya yığması ilə üz-üzə gələcək. Moldovanın paytaxtı Kişinyovda yerləşən “Zimbru-2” stadionunda təşkil olunacaq qarşılaşmanı şotlandiyalı baş hakim idarə edəcək. Matç Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
13 noyabr
Azərbaycan (U-19) – İslandiya (U-19)
Zimbru-2 stadionu, Kişinyov. Saat 14:00
Baş hakim: David Dickinson (Şotlandiya)
Baş hakimin köməkçiləri: Craig Ferguson (Şotlandiya), Ghennadi Lisita (Moldova)
Dördüncü hakim: Igor Bosca (Moldova)