az en
News / Bu gün saat 17:30: Çexiya (U-19) - Azərbaycan (U-19)

Bu gün saat 17:30: Çexiya (U-19) - Azərbaycan (U-19)

U-19 Dərc olundu: 12.11.2025 Çap
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununa çıxacaq. 13-cü qrupda yer alan millimiz Maltanın Ta Qali şəhərində Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Bu gün saat 17:30: Çexiya (U-19) - Azərbaycan (U-19)
“Centenary” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:30-da başlanacaq. Qarşılaşmanı Finlandiya və Maltadan olan hakimlər briqadası idarə edəcək.
 
12 noyabr
Çexiya (U-19) - Azərbaycan (U-19)
“Centenary” stadionu, Ta Qali. Saat 17:30
Baş hakim: Oliver Reitala (Finlandiya)
Baş hakimin köməkçiləri: Olli Jantunen (Finlandiya), Andrea Pavia Skiavone (Malta)
Dördüncü hakim: Ezekiel Barbara (Malta)
Baş Sponsor