Rusiyanın Soçi şəhərində təlim-məşq toplanışında olan qadınlardan ibarət Azərbaycan milli komandası bu gün ilk yoldaşlıq görüşünü keçirəcək.
Millimiz Rusiya yığması ilə qarşılaşacaq. FİŞT Olimpiya Stadionunda təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
28 noyabr
Rusiya (Qadınlar) – Azərbaycan (Qadınlar)
FİŞT Olimpiya Stadionu. Saat 18:00
Baş hakim: Nodira Mirzoeva
Baş hakimin köməkçiləri: Dilshoda Rahmonova, Farhod Kuralov
Dördüncü hakim: Anastasiya Ponomaryova
(Hakimlər briqadası Tacikistandandır)