az en
News / Bu gün saat 22:30: “Rapid” (Avstriya) – “Neftçi”

Bu gün saat 22:30: “Rapid” (Avstriya) – “Neftçi”

Konfrans Liqası Dərc olundu: 11.08.2022 Çap
UEFA Avropa Konfrans Liqasında mübarizəsini davam etdirən “Neftçi” turnirin üçüncü təsnifat mərhələsinin cavab qarşılaşmasında bu gün səfərdə Avstriyanın “Rapid” (Vyana) klubu ilə qarşılaşacaq. Vyanada, “Weststadion”da Bakı vaxtı ilə saat 22:30-da başlayacaq oyun CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq. Qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edəcək.
 
Bu gün saat 22:30: “Rapid” (Avstriya) – “Neftçi”
“Rapid” (Vyana, Avstriya) – “Neftçi”
11 avqust. “Weststadion”. Saat 22:30
Baş hakim: Rohit Saqqi
Baş hakimin köməkçiləri: Qeyr İsaksen, Morten Yensen
Dördüncü hakim: Sivert Öksnes Amland
(Hakimlər briqadası Norveçdəndir)
 
Qeyd edək ki, bu komandalar arasında bir həftə əvvəl Bakıda keçirilmiş ilk qarşılaşma 2:1 hesabı ilə “Neftçi”nin xeyrinə nəticələnib.
 
Baş Sponsor 
Partnyorlar