az en
News / Bu gün saat 23:00: "Viktoriya Plzen" - “Qarabağ”

Bu gün saat 23:00: "Viktoriya Plzen" - “Qarabağ”

Çempionlar Liqası Dərc olundu: 23.08.2022 Çap
UEFA Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ” bu gün turnirin pley-off mərhələsinin cavab oyununda Çexiyanın "Viktoriya Plzen" klubu ilə qarşılaşacaq. Plzen şəhərindəki “Stadion mesta Plzne”də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq oyun CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq. Qarşılaşmanı Portuqaliyadan olan hakimlər idarə edəcək:
 
Bu gün saat 23:00: "Viktoriya Plzen" - “Qarabağ”
"Viktoriya Plzen" - “Qarabağ”
23 avqust. Stadion mesta Plzne. Saat 23:00
Baş hakim: Artur Dias
Baş hakimin köməkçiləri: Rui Tavares, Paulo Soares
Dördüncü hakim: Fabio Verissimo
VAR: Tiago Martins
AVAR: Luis Godinho
 
Qeyd edək ki, bu komandalar arasında bir həftə əvvəl Bakıda keçirilmiş ilk oyun 0:0 hesabı ilə nəticələnib.
 
Baş Sponsor 
Partnyorlar