az en
News / İcraiyyə Komitəsinin iclası keçiriləcək

İcraiyyə Komitəsinin iclası keçiriləcək

AFFA Dərc olundu: 16.03.2022 Çap
Martın 17-də AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçiriləcək. Saat 10:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:
 
İcraiyyə Komitəsinin iclası keçiriləcək
1. AFFA-nın 2020-ci il yanvarın 28-də təşkil olunan Konfransında Nizamnaməyə uyğun olaraq həyata keçirilmiş struktur dəyişikliyi, AVRO-2020-nin və AVRO-2020 ilə bağlı hesabat işlərinin başa çatması, həmçinin müvafiq hüquqi prosedurlar nəzərə alınaraq, baş katibin müavini Sərxan Hacıyevə AFFA-nın baş katibi vəzifəsinin həvalə olunmasının müzakirəsi
 
2. Futbolun İnkişafı Fondunun (FİF) Himayəçilər Şurasının tərkibinin təsdiq olunması
 
3. AFFA-nın Futbol Veteranları Fondunun əsasnaməsinə uyğun olaraq, AFFA-dan təqaüd alan futbol veteranlarının siyahısına əlavələr olunması
 
Baş Sponsor 
Partnyorlar