az en
News / İcraiyyə Komitəsinin iclası keçiriləcək

İcraiyyə Komitəsinin iclası keçiriləcək

AFFA Dərc olundu: 28.05.2022 Çap
Mayın 31-də, saat 17:00-da, “Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
İclasın Gündəliyinə daxil olunan məsələləri diqqətinizə çatdırırıq:
 
İcraiyyə Komitəsinin iclası keçiriləcək
1. AFFA-nın Yoxlama və Təftiş Komitəsinin Əsasnaməsinin müzakirəsi
 
2. AFFA-nın Lisenziya Komissiyasının müvafiq qərarına uyğun olaraq, “Turan-Tovuz” və “Kəpəz” klublarının 2022/2023-cü il mövsümündə Azərbaycan Premyer Liqasında çıxış etməsinin təsdiqi
 
3. 2022/2023-cü il mövsümündə Azərbaycan Premyer Liqasında legioner limitinin və əvəzetmə sayının müzakirəsi
 
4. İntizam Komitəsində vakant olan üzv vəzifəsinə yeni üzvün təsdiqi
 
5. Müvafiq komissiyanın təqdimatı əsasında futbol veteranlarına AFFA-nın təqaüdünün verilməsi
 
6. Digər məsələlər
 
Baş Sponsor 
Partnyorlar