az en
News / İcraiyyə Komitəsinin iclası keçirilib

İcraiyyə Komitəsinin iclası keçirilib

AFFA Dərc olundu: 11.03.2016 Çap
Bu gün “Hilton” otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının İcraiyyə Komitəsinin yeni seçilmiş heyətlə ilk iclası keçirilib.
 
İcraiyyə Komitəsinin iclası keçirilib
Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
 
1. Rauf Əliyev AFFA-nın I vitse-prezidenti, Elşad Nəsirov vitse-prezidenti seçilib.
2. Elxan Məmmədov növbəti müddət – 4 il üçün AFFA-nın baş katibi vəzifəsinə təsdiq olunub.
3. AFFA-nın Hakimlər Komitəsinin, Hakim-İnspektorlar Komitəsinin, İntizam Komitəsinin, Oyunçuların Statutusu və Transferi Komitəsinin və Apellyasiya Arbitraj Tribunalının tərkibi aşağıdakı kimi təsdiq olunub:
 
Hakimlər Komitəsi
Xəqani Məmmədov – sədr
Kərim Ağayev
Rafiq Pənahpur
Ramiz Mustafayev
Səfər Haşımov
 
Hakim-İnspektorlar Komitəsi
Əli Hüseynov – sədr
Bəşir Əliyev
Tofiq Şükürov
Əsgər Əmirəliyev
Vüsal Əliyev
 
İntizam Komitəsi
Tofiq Fətullayev – sədr
İlqar Əliyev
Məlik Həsənov
Altay Zahidov
Ağamehdi Mehdiyev
Erkin Hüseynov
Rasim Zeynalov (inspektor)
 
Oyunçuların Statusu və Transferi Komitəsi
Rəmiş Malıyev – sədr
Musa Qurbanov
Zamiq Hüseynov
Orxan Hüseynzadə
Nailə Rüstəmzadə
 
Apellyasiya Arbitraj Tribunalı
Muxtar Babayev – sədr
Vasib Əkbərov
Arif Fərəcov
Zaur Qəhrəmanov
Ziya Babayev
Murad Heydərov
 
4. Oyunçuların Statusu və Transferi Komitəsi, Apellyasiya Arbitraj Tribunalı, İntizam Komitəsi, Media Komitəsi və Vasitəçilərlə bağlı normativ sənədlər təsdiq olunub.
5. Topaz Premyer Liqasında çıxış edən klubların cərimələrinin və legionerlər üçün rüsumun məbləği olduğu kimi saxlanılıb.
6. “Bakcell Arena” AFFA-nın balansında saxlanılmaqla “Neftçi” PFK-nın istifadəsinə verilib.
7. Rafiq Mirzəyev Azərbaycan U-16 yığmasının baş məşqçisi təyin olunub.
8. UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016-nın Yerli Təşkilat Komitəsinə rəhbərlik AFFA-nın baş katibliyinə tapşırılıb.
9. İcraiyyə Komitəsi klublara, hakimlərə münasibətdə AFFA-nın Nizamnaməsinin və müvafiq yarışların əsasnamələrinin tələblərinə uyğun davranmalı olduğu barədə xəbərdarlıq edib.
 
Baş Sponsor 
Partnyorlar